Fransa qarşıdakı 3 ildə özünün kosmos sektoruna 9 milyard avrodan çox investisiya qoyacaq.
Banker.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Elizabet Borne paytaxt Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresinin (IAC) açılışında çıxışı zamanı deyib: “Fransa tədqiqat və kosmos sənayemiz üçün önümüzdəki üç ildə kosmos sektoruna 9 milyard avrodan çox investisiya qoymağa hazırlaşır”.
Fransa mətbuatında yer alan xəbərə görə, Borne bildirib ki, investisiyalar Fransa prezidenti Emmanuel Makronun fevral ayında müəyyən etdiyi kosmos strategiyası çərçivəsindədir və Avropa Birliyi ilə kosmosa girişdə öz-özünə kifayət etmənin ilk strategiyasıdır.