6 C
Baku
Thursday, February 29, 2024

Fransa Prezidenti Azərbaycan dilində paylaşım edib

Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

O, Azərbaycan dilində status yazıb:

“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər