16 C
Baku
Thursday, April 25, 2024

Fransa qoşunlarını bir ay ərzində Burkina Fasodan çıxaracaq

Fransa Burkina Fasodan qoşunlarını  30 gün ərzində çıxarmaq niyyətindədir.

Bu barədə “Frans Press” agentliyi Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb .

Fransanın diplomatik departamentindən bildirildiyinə görə, yanvarın 24-də onlar Burkina-Faso hökumətinin ölkədə yerləşən respublika qoşunlarının statusu haqqında sazişi denonsasiya etməsi barədə rəsmi bildiriş alıblar.

“Şərtlərinə əsasən, denonsasiya yazılı bildirişin alınmasından bir ay sonra qüvvəyə minəcək”, – AFP Fransa Xarici İşlər Nazirliyinin sözçüsündən sitat gətirib.

Əlavə ediblər ki, Fransa tərəfi sazişin şərtlərinə əməl edəcək və Burkina Fasonun tələbini yerinə yetirəcək.

Yanvarın 18-də Burkina-Faso hökuməti Fransanın ölkədəki hərbi mövcudluğunu tənzimləyən 17 dekabr 2018-ci il tarixli sazişi denonsasiya edib. Yanvarın 22-də Reutersin yaydığı məlumata görə, Burkina Faso Fransadan ordusunu bir ay ərzində ölkədən çıxarmağı tələb edib.

Bundan əvvəl ölkənin paytaxtı Uaqaduquda Fransanın hərbi mövcudluğuna qarşı mitinq keçirilib. Nümayişdə Fransa əleyhinə şüarlar səsləndirən, Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını tələb edən, Fransa bayraqlarını yandıran, həmçinin onlarla zibil təmizləyən bir neçə yüz insan toplaşıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər