16 C
Baku
Wednesday, October 23, 2024

Fransa səfiri Rusiya XİN-ə çağırılıb

Fransanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

XİN qeyd edib ki, G20 Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransında rusiyalı jurnalistlərin iştirakına icazə verilmədiyi üçün səfir Nazirliyə çağırılıb.

Rusiya XİN-in bəyanatında həmçinin deyilir ki, Parisin Rusiyadan olan jurnalistlərə qarşı ayrı-seçkiliyə görə üzr istəməkdən imtina etməsi Fransanın Rusiya mediasına münasibətdə ayrı-seçkilik siyasətinə sadiqliyini nümayiş etdirir.

Son xəbərlər
Digər xəbərlər