13 C
Baku
Friday, May 17, 2024

Fransa səfiri Türkiyə XİN-ə çağırılıb

Fransanın Ankaradakı səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, Türkiyənin terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG və onun qadın qolu YPJ-nin üzvlərinin Fransa Senatında qarşılanmasına dair etirazı çatdırılıb, bu hadisənin qəbuledilməz olduğu bildirilib.

PKK/PYD/YPG-nin Türkiyə və suriyalılara qarşı hücumları, bölgədəki separatçı və sabitliyi pozan fəaliyyətləri bir daha səfirin diqqətinə çatdırılıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər