2 C
Baku
Sunday, December 15, 2024

Fransa səfirinə 48 saat vaxt verildi

Nigerdə hakimiyyəti ələ keçirən qiyamçılar Fransanın bu ölkədəki səfiri Silven İtteni diplomatik toxunulmazlıqdan məhrum edib.

Bu barədə “Sky News Arabia” məlumat yayıb.

Bildirilir ki, səfirdən 48 saat ərzində ölkəni tərk etməsi tələb edilib.

Niger Daxili İşlər Nazirliyindən jurnalistlərə bildirilib ki, Fransa səfiri “artıq diplomatik toxunulmazlığa malik deyil, onun diplomatik kartı və vizaları ləğv edilib”.

Məlumata görə, yerli polis artıq fransalı diplomatın deportasiyası prosesinə başlamaq üçün göstəriş alıb.

Bundan əvvəl Niger qiyamçıları Fransa ilə bütün təhlükəsizlik və hərbi müqavilələri ləğv etdiklərini bəyan ediblər.

Son xəbərlər
Digər xəbərlər