10 C
Baku
Tuesday, December 23, 2025

Fransa S. Ərəbistanından Xaşuqcinin ölüm işinin detallarını açıqlamağı tələb edib

Fransa prezidenti Emmanüel Makron Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs-Səud ilə telefon söhbəti zamanı jurnalist Camal Xaşuqcinin Krallığın İstanbuldakı konsulluğunda ölümü ilə bağlı aparılan istintaqın detalları açıqlamağı tələb edib.

Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü “Franc-Press” məlumat yayıb.

“Fransa prezidenti Xaşuqcinin ölümü ilə bağlı böyük narazılığını bildirib və kraldan işin təfərrüatlarını açıqlamağı tələb edib”, – deyə Yelisey sarayının yaydığı kommünikedə bildirilir.

Makron həmçinin jurnalistin ölümündə müqəssir bilinən şəxslərə qarşı tətbiq edilə biləcək beynəlxalq sanksiyalara qoşulacağını vəd edib.

Son xəbərlər
Digər xəbərlər