Fransa sakini “EuroMillion”s ümumavropa lotereyasında 160 milyon avro udub.
Bu, Fransada keçirilən lotereya tarixində ən böyük yeddinci uduş olub.
Bundan əvvəl, 2020-ci ildə ən böyük uduşu Fransız Polineziyasının sakini qazanmışdı. O, lotoreyada 220 milyon avro udmuşdu.
Lotereya qalibinin kimliyi açıqlanmasa da, onun lotereya biletini respublikanın şimalındakı Pas-de-Kale departamentindən aldığı məlum olub.
Eyni zamanda, qalibin mükafat hüququna iddia edib-etmədiyi məlum deyil, lakin ona bunun üçün 60 gün vaxt verilib. Müəyyən olunmuş müddətdə fürsətdən istifadə etməsə, o zaman uduşlar lotereyaya qaytarılacaq.