Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
Hökumət bu sənəd ilə qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edib.
Belə ki, sənədin lehinə 295, əleyhinə 1 senator səs verib.
Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.
Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey, Elian Asasidir. Onlara daha iki deputat – Kristian Kambo və Gilbert-Lyuk Devinaz qoşulub.
Sənədin müəllifləri Fransa Konstitusiyasının 26 iyun 1945-ci ildə qəbul edilmiş 34-1 maddəsinə, BMT-nin 16 sentyabr 2005-ci il tarixli 60/1, 9 noyabr 2020-ci il tarixli bəyanatına istinad edirlər.
Qeyd edək ki, 2020-ci ilin noyabrında Fransa Senatı hökuməti qətnamə qəbul etmişdi. Qətnamənin qəbul edilməsinə 305, əleyhinə isə 1 nəfər çıxmışdı.