2 C
Baku
Saturday, December 14, 2024

Fransa Senatı ölkədə təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını dəstəkləyib

Fransa Senatı ölkədə təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını dəstəkləyib.

Əksəriyyəti mühafizəkar “Respublikaçılar: partiyasından olmaqla senatın 201 üzvü Prezident Emmanuel Makronun ölkə boyunca genişmiqyaslı etiraz aksiyalarına səbəb olan təklifinin lehinə səs verib, 115 senator isə düzəlişin əleyhinə səs verib.

Fransa parlamentinin yuxarı palatasının islahatlarla bağlı yerdə qalan düzəlişləri də həftənin sonunadək təsdiqləyəcəyi gözlənilir.

Hökumət pensiya islahatlarının parlament tərəfindən ayın sonunadək qəbul ediləcəyinə ümid edir.

Bununla belə Prezident Emmanuel Makron parlamentin aşağı palatası olan Milli Məclisdə çoxluğa malik deyil. Bu vəziyyətdə onun mühafizəkar deputatların dəstəyinə ehtiyac duyacağı və ya konstitusion səlahiyyətlərindən istifadə edəcəyi bildirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər