Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Qule növbəti dəfə Azərbaycana dəstək nümayiş etdirib.
O, özünün tvitterdəki hesabında Dağlıq Qarabağla bağlı paylaşım edib.
Natali Qule yazıb: “Mən Dağlıq Qarabağı artıq ürəyimlə deyil, öz gözlərimlə görəcəm”.
O, paylaşımına Azərbaycan və Fransanın bayraqlarının şəkillərini də əlavə edib. Qeyd edək ki, Natali Quli dəfələrlə Ermənistanın təcavüzkar dövlət olduğunu, işğalçılıq siyasəti yürütdüyünü bildirib.