16 C
Baku
Thursday, May 9, 2024

Fransa şirkəti Azərbaycan bazarına daxil olub

Dünyaca tanınan Fransa şirkəti “Freyssinet” Azərbaycan bazarına daxil olub.

Banker.az xəbər verir ki, şirkət Azərbaycanda “Freyssınet Azerbaıjan” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı (VÖEN: 130807194) şirkət təsis edib.

Şirkət Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov ev.203″A” m.37 ünvanında  100 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

Şirkətin baş icraçı direktoru/qanuni təmsilçi Türkiyə Respublikası vətəndaşı Arda Ozkıyıcıdır. O, 2019-2020-ci illərdə “Alp Erdem Elektrik İnşaat Ticaret A.Ş.”nin İdarə Heyətinin sədri, “FREYSSINET”in Azərbaycan üzrə rəhbəri kimi çalışıb.

O, həmçinin Türk şirkəti ilə birgə müəssisə olan “Freysaş Freyssinet Yapı Sistemleri Sanayi A.Ş.”nin Azərbaycan Respublikasındakı filialının rəhbəridir.

“Freyssinet”nin əsası ön gərginliyin ixtiraçısı Eugène Freyssinet tərəfindən qoyulub, tikinti və struktur təmiri sahələrində inteqrasiya olunmuş texniki həllər təklif edərək, inşaat mühəndisliyi sektorunda fəaliyətdədir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər