7 C
Baku
Wednesday, November 6, 2024

Fransa şirkəti COVID-19 peyvəndinin klinik sınaqlarına başlayır

Fransanın “Valneva” şirkəti Covid-19 peyvəndinin klinik sınaqlarına başladığını açıqlayıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Peyvənd istehsalı üzrə ixtisaslaşan Valneva SE şirkəti koronavirus peyvəndinin klinik sınaqlarına başladığını açıqlayıb”, – sənəddə deyilir. Bildirildiyi kimi, sınaqlar İngiltərənin tədqiqat mərkəzlərində keçiriləcək və 18-55 yaş qrupuna daxil olan 150 könüllünü əhatə edəcək. Medianın verdiyi məlumata görə, bu mərkəzlər Birminhem, Bristol, Nyukasl və Sauthemptonda yerləşir.

Sınaqların uğurla başa çatması halında şirkət 4 mindən çox könüllünün iştirakı ilə əlavə sınaqlar keçirməyi planlaşdırır. Xatırladaq ki, ümumilikdə İngiltərə öz vətəndaşları üçün Oksford Universiteti və “AstraZeneca”dan 350 milyon, “BioNTech” və “Pfizer”dan 40 milyon, “Novavax”dan 60 milyon, “GSK” və “Sanofi”dan 60 milyon, “Janssen”dan 30 milyon və “Moderna”dan 5-7 milyon peyvənd dozası “rezervasiya” edib.

Son xəbərlər
Digər xəbərlər