30 C
Baku
Saturday, June 28, 2025

Fransa şirkəti radioaktiv tullantıları Ermənistana göndərir

Fransaya məxsus “Orano” şirkəti radioaktiv tullantıları Ermənistana göndərir.

Bu barədə Fransanın “Courrier France 24” nəşri yazıb.

Bildirilib ki, Fransaya məxsus olan “Orano” neft şirkəti 2025-ci ilin iyunundan etibarən Ermənistana uranın zənginləşdirilməsi nəticəsində yaranan təhlükəli kimyəvi tullantıları göndərir və bu zərərli maddələr ekoloji cəhətdən həssas bölgədə, milli parklardan birinin ərazisində saxlanılır. Bu isə ekoloqların ciddi narazılığına səbəb olur.

Məqalədə bildirilir ki, həmin şirkət Ermənistanın baş naziri Nikol Paşinyanla bilavasitə əlaqəsi olan fonda vaxtaşırı müxtəlif mənbələrdən ianələr həyata keçirir.

“Orano” Fransada qeydiyyatdan keçən və əsasən nüvə yanacağı sahəsində ixtisaslaşan bir şirkət olaraq, illərlə atom enerjisi istehsalından yaranan tullantıların və digər radioaktiv maddələrin saxlanılmasını Rusiyada gerçəkləşdirib. Lakin Ukraynada müharibə başladıqdan sonra tətbiq olunan sanksiyalar bu adımı siyasi cəhətdən qeyri-mümkün hala gətirib və şirkət alternativ yollar axtarmağa başlayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər