“Suez WTS France” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ləğv ediləcək.
Bu barədə Banker.az şirkət filialının elanına istinadən xəbər verir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti “Azure Biznes Mərkəzi” küçəsi, ev 15, mənzil ofis 140 ünvanına bildirə bilərlər.
SUEZ – Water Technologies & Solutions şirkətin baş ofisi Paris şəhərində yerləşir.