13 C
Baku
Friday, April 26, 2024

Fransa şirkətindən Azərbaycan şirkətinə qarşı yarım milyonluq “pul” iddiası

Baş ofisi Fransada yerləşən və dünyanın bütün qitələrində nümayəndəliyi olan “Phocéenne Group of Genoyer” Azərbaycan şirkətinə qarşı “pul” iddiası qaldırıb.

Banker.az xəbər verir ki, iddiaçı şirkət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Münasib Sənaye Təchizat” MMC-nin ona 309 355 avro (hazırkı məzənə ilə ifadədə 591 245 Azərbaycan manatı) pul vəsaitinin tutularaq şirkətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Qeyd edək ki, “Münasib Sənaye Təchizat” MMC 2004-cü ildə Azərbaycanın Bakı şəhərində yaradılmışdır. Şirkət tam tərkibi yerli heyətdən təşkil olunan Azərbaycan müəssisəsidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər