12 C
Baku
Saturday, November 23, 2024

Fransa şirkətlərə 8.4 milyard avroluq yardım paketi ayırır

Fransanın maliyyə naziri Bruno Le Maire bildirib ki, Fransa şirkətlərin enerji borclarını ödəməsinə dəstək olmaq, həmçinin, sürətlə yüksələn elektrik və qaz qiymətləri ilə qarşı-qarşıya qalan fransız şirkətlərinin alman şirkətləri ilə rəqabət qabiliyyətlərini qorumağına yardım məqsədilə 8.4 milyard avro xərcləyəcək.

Banker.az xəbər verir ki, Le Maire açıqlamasında vurğulayıb ki, Fransanın elektrik enerjisinə tətbiq edilən xüsusi vergini Aİ qaydalarına uyğun olaraq icazə verilən minimum səviyyəyə endirəcək, şirkətlərə ucuz enerjinin alınması üçün xüsusi mexanizmə müraciət etmə imkanı verəcək.

“Fransız şirkətləri alman şirkətləri kimi qorunacaq” deyən Le Maire əlavə edib: “Avropa İttifaqının rəqabət qaydalarının italyan, alman, ispan və ya fransız olmasından asılı olmayaraq bütün şirkətlərə şamil olmasını təmin edəcəyik”.

Qeyd edək ki, 8.4 milyard avroluq paket həm 2022, həm də 2023-cü illər üçün nəzərdə tutulan dəstəyi əhatə edəcək.

Son xəbərlər
Digər xəbərlər