Fransanın Engie, EDF və TotalEnergies enerji şirkətlərinin rəhbərləri ölkə vətəndaşlarını Rusiya qazının tədarükünün azalması səbəbindən elektrik enerjisi və qaz istehlakını azaltmağa çağırıblar.
Bu barədə “Le Journal du Dimanche” şirkətlərin bəyanatına istinadən xəbər verir.
Qeyd olunub ki, enerji qiymətlərinin artması ailələrin alıcılıq qabiliyyətinə həddən artıq təsir edib.
Fransa enerji rəsmiləri həmçinin qaz tədarükünü şaxələndirərək və bağlanan obyektləri yenidən açaraq, artıq qısamüddətli tədbirlər gördüklərini bildiriblər.