12 C
Baku
Şənbə, Dekabr 4, 2021

Fransa təbii qazın qiymətini bir il müddətinə dondurur

Fransa hökuməti qaz qiymətlərini yalnız aprel ayına qədər deyil, 2022-ci ilin sonunadək dondurmağa qərar verib.

Banker.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Jan Kasteks məlumat verib. Eyni zamanda əməkhaqqı 2 min avrodan aşağı olan vətəndaşlara 100 avro kompensasiyanın ödənilməsi barədə bildirilib.

Cənab Kasteksin sözlərinə görə, ekspertlər xəbərdarlıq edirlər ki, böyük ehtimalla qazın qiymətinin düşməsi “gözləniləndən daha yavaş olacaq”. “Buna görə də, gələn il ərzində qiymətlərə moratorium tətbiq ediləcək”, – deyə Baş nazir söyləyib.

O, 100 avro ödənişini “inflyasiyaya görə kompensasiya” adlandırıb və pulun yalnız orta təbəqəyə veriləcəyini vurğulayıb. Ümumilikdə, 38 milyon insan kompensasiya alacaq, ödənişlər dekabr ayının sonunda ödənilməyə başlayacaq.

İyul ayından etibarın Avropada qaz fyuçersləri kəskin bahalaşıb – oktyabrın 6-sı onların dəyəri 1900 dollara çatıb. Enerji böhranı fonunda Avropa Komissiyası ittifaqa üzv ölkələrin hakimiyyət orqanlarına artan enerji fakturalarını qismən ödəməyi və ödənişlərin təxirə salınmasına icazə verməyi təklif edib. Keçən həftə bir neçə Avropa ölkəsi yeraltındakı qaz ehtiyatlarından istifadəyə etməyə başlayıb. Çexiya isə elektrik və qaza tətbiq olunan ƏDV-ni sıfıra endirməyə qərar verib.

Son xəbərlər
Oxşar xəbərlər
X