1 C
Baku
Saturday, December 14, 2024

Fransa türk mallarından imtina etmək niyyətində deyil

Fransa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına cavab olaraq türk mallarından imtina etmək niyyətində olmadığını bildirib.

Banker.az xəbər verir ki, bu barədə ölkənin xarici ticarət naziri Frank Riester məlumat verib.

“Bu, gündəmdə olan məsələlərdən biri deyil.. Biz Türkiyə kimi davranmayacağıq”, – deyə nazir RTI radiostansiyasının efirində söyləyib.

Xatırladaq ki, bazar ertəsi günü Ərdoğan Türkiyə vətəndaşlarını Fransa ilə münasibətlərin kəskinləşməsi fonunda fransız mallardan imtina etməyə çağırıb. Bundan bir neçə gün əvvəl isə prezident “maariflənmiş islam” ideyasını təbliğ edən Emmanuel Makronun “psixiki problemlərdən” əziyyət çəkdiyini və bununla bağlı müalicə almalı olduğunu söyləmişdir.

Qeyd edək ki, Türkiyədən başqa Fransaya qarşı daha bir neçə müsəlman ölkəsi boykot elan edib.

Son xəbərlər
Digər xəbərlər