6 C
Baku
Sunday, December 15, 2024

Fransa “Twitter” ə ABŞ-dan köçməyi təklif etdi

Fransanın rəqəmsal texnologiyalar naziri Sedrik O, “Radio J” ya verdiyi müsahibədə “Twitter” ə baş qərargahını ABŞ-dan köçməyi təklif edib.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

“Əgər ABŞ-dakı şərtlər şirkətin dəyərlərinə uyğun olaraq inkişaf etməsinə mane olsa və müxtəlif səbəblərə görə ölkədə qeyri-sabitlik yaşanarsa, Avropa və xüsusən də Fransa onu məmnuniyyətlə qəbul edəcəkdir”, – nazir bildirir.

Nazirin sözlərinə görə, bu dəvət təkcə “Twitter” ə deyil, eyni zamanda ABŞ-ın bütün sahibkarlarına və tədqiqatçılarına aiddir. Avropa və Fransa “daha insani və ədalətli internet” üçün açıqdır.

Qeyd edək ki, nazirin bu təklifi ABŞ prezidenti Donald Tramp ilə “Twitter” arasındakı konflikt fonunda səsləndirilib.

Son xəbərlər
Digər xəbərlər