9 C
Baku
Wednesday, December 11, 2024

Fransa Ukraynaya hərbi yardımı artıracaq

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbi yardımı intensifikasiya etmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə dövlət başçısı “France 2” telekanalının efirində danışıb.

“Biz məşhur “Sezar” artilleriya qurğularını təhvil verdik və ukraynalılar bizə təşəkkür ediblər. Biz davam edəcəyik”, – E.Makron bildirib.

Dövlət başçısı daha 6 “Sezar”ın Ukraynaya tədarükü üzərində işlərin getdiyini vurğulayıb. O həmçinin raketlərin, hava hücumundan müdafiə sistemlərinin və radarların tədarükü planlarını açıqlayıb:

“Ukraynalıların istədikləri qədər tədarük edə bilmirik, çünki şərq cinahımızı qorumaq üçün silahlarımız olmalıdır. Biz öz milli ərazimizi qoruyuruq. Müharibənin ilk günlərindən Rumıniyaya hərbçilərimizi göndərdik. Biz mövcudluğumuzu gücləndiririk”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər