Fransa Ukraynaya hərbi yardımı gücləndirir.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron “Ouest France” nəşrinə müsahibəsində deyib.
Makron qeyd edib ki, ölkəsi “Milan” tank əleyhinə raket komplekslərini və “CAESAR” özüyeriyən artilleriya sistemlərini Kiyevə ötürür.
Fransa lideri silahların Ukraynaya verilmə tarixini açıqlamayıb.
Xatırladaq ki, Emmanuel Makron Fransa prezidentliyinə namizədlər arasında teledebatda deyib ki, yenidən seçiləcəyi təqdirdə, Ukraynaya dəstək və Rusiyaya təzyiq göstərməyə davam edəcək.