19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Fransa və Rusiya prezidentləri Belarusdakı vəziyyəti müzakirə ediblər

Screen Shot 2021 09 02 at 14.34.20

Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra Rusiya və Fransanın Livan əhalisinə humanitar yardımla bağlı gördüyü tədbirlər və Livandakı daxili vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Makron və Putin, həmçinin, Ukrayna münaqişəsi barədə müzakirə aparıblar. Onlar “Normandiya formatı” çərçivəsində birgə səylərin davam etdirilməsi barədə razılaşıblar.

Fransa və Rusiya liderlərinin telefon danışığında Belarusdakı mövcud vəziyyətə də toxunulub.

Telefon söhbəti zamanı ikitərəfli gündəm və Fransa prezidentinin Rusiyaya mümkün səfərinin hazırlanması kontekstində siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi, Avropanın təhlükəsizliyi və sabitliyinin möhkəmləndirilməsi ilə bağlı ortaq maraqlar istiqamətində addımların atılması qeyd olunub.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər