Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Fransa Amerika Birləşmiş Ştatları (ABŞ) ilə koordinasiyalı şəkildə Hörmüz boğazında gəmi hərəkətinin bərpasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurası qətnaməsi hazırlamağa başlayıb.

Bu barədə “Reuters” agentliyi mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, layihə BMT üzvlərinin kommersiya gəmilərinin təhlükəsizliyini birgə təmin etməsini, lakin İrana qarşı hücum mövqeyi tutulmamasını nəzərdə tutur.

Fransa Prezidenti Emmanuel Makron da ABŞ Prezidenti Donald Trampla görüşündən sonra boğazdan daha çox yük gəmisi və neft tankerinin keçməsinə imkan verəcək diplomatik variantların müzakirə edildiyini bildirib. Qətnamə layihəsinin yaxın vaxtlarda Təhlükəsizlik Şurasına təqdim olunacağı gözlənilir.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər