13 C
Baku
Wednesday, May 8, 2024

Fransa və Çin liderləri görüşüb

Fransa Prezidenti Emmanuel Makron Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.

Görüş Fransa Prezidentinin Pekinə səfəri çərçivəsində baş tutub.

ÇXR Sədri Si Cinpin və Fransa Prezidenti Emmanuel Makron iki ölkənin bayraqları düzülmüş nəhəng qırmızı xalçadan keçiblər və ölkələrin dövlət himnləri səsləndirilib.

Çin mediası tərəflər arasında geniştərkibli görüşün keçirilməsi barədə məlumat yayıb.

Makron və Cinpin arasında danışıqlarından sonra liderlər mətbuata açıqlama verəcək, ardınca Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə üçtərəfli görüş və rəsmi şam yeməyi olacaq.

 

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər