10 C
Baku
Thursday, December 12, 2024

Fransa və İsrail prezidentləri görüşüb

Fransa Prezidenti Emmanuel Makron İsrail Prezidenti İsxaq Hersoqla görüşüb.

Makron həmkarına Fransanın İsraillə “çiyin-çiyinə” olduğunu və terrorla mübarizədə İsrailin tək qalmayacağını deyib.

“Mən sizinlə terror hücumlarına məruz qalmış bir ölkənin adından danışıram. Terror qruplarına qarşı mübarizə aparmaq bizim borcumuzdur”, – Fransa lideri bildirib.

O qeyd edib ki, birinci məqsəd bütün girovların azad edilməsi olmalıdır: “Biz sizinlə çiyin-çiyinəyik. Görüləsi çox şey var. Bu hadisələr heç vaxt unudulmayacaq. Bizim birinci məqsədimiz girovların azad edilməsi olmalıdır. Biz terrorçulara qarşı məqsədyönlü əməliyyatlar təşkil etməliyik.

Ölkəniz və bütün region üçün sülh, təhlükəsizlik və sabitliyin bərpası istiqamətində əlimizdən gələni edəcəyik. Biz sülh və sabitlik üçün bu gün də, sabah da burada olacağıq”, – Makron vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər