Fransanın “TotalEnergies” şirkəti və Nigeriya Milli Neft Korporasiyası (NNPC) Nigeriya sahillərində yerləşən “Ikike” yatağında birgə neft hasilatına başlayıb.
Bu barədə “TotalEnergies” şirkətinin məlumatında deyilir.
Sahildən 20 km məsafədə, suyun 20 m-lik dərinliyində yerləşən “Ikike” yatağında “TotalEnergies” şirkəti 40%, NNPC 60%-lik paya sahibdir.
Bu ilin sonlarında yataqda hasilatı ən yüksək səviyyəyə – gündəlik 50 min barelə çatdırılması planlaşdırılır.