Fransa BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iyunun 7-də iclasının keçirilməsini tələb edib.
BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzuları üzrə iclası iyunun 7-də Fransanın tələbi ilə keçiriləcək. Bu barədə “TASS”-a təşkilatdakı mənbə məlumat verib.
Onun sözlərinə görə, əsas diqqət humanitar məsələlərlə bağlı olacaq. “BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məruzəçi qismində çıxış etməsi planlaşdırılır”, – deyə mənbə bildirib.
Həmçinin Rusiya da iyun ayının 14-də BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin Telegram kanalında məlumat verilib.
Məlumatda Rusiyanın iclas çağırmasının səbəbi kimi, Qərb ölkələrinin Ukraynaya verdikləri silahlarla Rusiya Federasiyasının ərazisini vurmaq barədə rəsmi Kiyev üçün yaşıl işıq yandırması göstərilir.