16 C
Baku
Friday, November 22, 2024

Fransa vətəndaşı bukmekerdə Trampın qələbəsinə $45 mln. mərc edib

Adı naməlum olan treyder “Polymarket” bukmeker platformasında noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gəlməsinə 45 milyon dollardan çox mərc edib.

“Polymarket” platformasının apardığı araşdırma göstərib ki, bu treyder Fransa vətəndaşıdır və onun əməllərində heç bir bədxah niyyət yoxdur.

“Araşdırmamız nəticəsində biz başa düşdük ki, bu şəxs seçki ilə bağlı şəxsi fikirlərinə əsaslanaraq mərc edib. Bundan əlavə, bu istifadəçinin bazarı manipulyasiya etdiyini və ya manipulyasiya etməyə cəhd etdiyini göstərən heç bir məlumat aşkar edilməyib”, – şirkət nümayəndəsi bildirib.

ABŞ prezident seçkilərinin nəticələrinə mərc etmək “Polymarket” bukmeker platformasında çox populyardır: belə kontraktların ümumi alqı-satqı həcmi təxminən 2.4 milyard dollardır.

Cümə axşamı gününə olan məlumata görə, Trampın seçkilərdə qalib gəlmə ehtimalı “Polymarket” platformasında 61.6% olaraq qiymətləndirilib. Rəqib mərc platformaları olan “Kalshi” və “PredictIt”də eyni göstərici müvafiq olaraq 59% və 57% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər