7 C
Baku
Sunday, December 15, 2024

Fransa vergilərin artırılmasının səviyyəsinə görə Avropada liderdir

Artıq üçüncü ildir Fransa vergilərin artırılmasının səviyyəsinə görə Avropa İttifaqında birinci yerdədir.

Avropa İttifaqı Statistika Bürosunun (Eurostat) məlumatına görə, ötən il Fransa vergi yükü üzrə (ümumi daxili məhsulun 48,4 faizi) birinci, Belçika (47,3 faizi) ikinci, Danimarka (46,5 faizi) isə üçüncü yerdə olub. İrlandiya məcburi vergi ödəmə yükünə görə (23,5 faiz) ən gəlirli ölkədir.

Sosial ödəmələr Fransada 18,8 faiz təşkil edir. Bu göstərici Avropa İttifaqında orta hesabla 13,3 faizdir. Avropa İttifaqının 28 üzv ölkəsindən 15-də vergi yükü artıb, digər 13-də isə azalıb. Hazırda ölkədə yanacaq vergisinin əhəmiyyətli dərəcədə artmasına qarşı etiraz aksiyaları davam edir.

Azərtac

Son xəbərlər
Digər xəbərlər