26 C
Baku
Sunday, April 28, 2024

Fransa XİN başçısı Rumıniyada NATO missiyasının yaradılmasını müzakirə edəcək.

Fevralın 2-3-də Buxarestdə səfərdə olacaq Fransa xarici işlər naziri Jan-İv Le Drian Rumıniyada NATO missiyasının yaradılması ehtimalını müzakirə edəcək.

Bu barədə Fransa XİN başçısı məlumat verib.

“Fransa Prezidenti NATO-nun yeni təhlükəsizlik tədbirləri çərçivəsində öz töhfəsini verməyə hazır olduğunu bəyan edib. Biz bunu Şimali Atlantika Alyansından olan həmkarlarımız və Rumıniya hakimiyyəti ilə müzakirə edəcəyik”, – o bildirib.

Xatırladaq ki, daha əvvəl Fransanın müdafiə naziri Florans Parli NATO-nun müvafiq qərarı olacağı təqdirdə Ukrayna ilə həmsərhəd olan Rumıniyada bir neçə yüz hərbçi yerləşdirə biləcəklərini bəyan edib.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər