16 C
Baku
Saturday, April 20, 2024

Fransa XİN: “Parlament palatalarının qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir”

“Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir”.

Bunu jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Qeyd olunub ki, parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib.

Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur.

O, xarici işlər naziri Ketrin Kolonnanın Fransanın sülh əldə etmək fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcəyi barədə bəyanatlarını xatırladıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər