İtaliya və İspaniyadan sonra Fransa da yanvarın 1-dən Çindən gələn bütün səyahətçilər üçün əlavə yoxlamalar tətbiq edir.
Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Fransaya giriş üçün uçuşdan 48 saat əvvəl alınan mənfi PCR test təqdim edilməlidir.
Çindən gələnlər üçün təyyarədə maska taxmaq məcburi olacaq və hava limanlarında sərnişinlərdən COVID-19 üçün təsadüfi test aparılacaq.