Fransa yerli startapları xarici şirkətlərdən qorumaq üçün 150 mln. avroluq fond yaradır

Fransanın Maliyyə Nazirliyi yerli startapların xarici şirkətlər tərəfindən udulmaqdan qorumaq üçün 150 milyon avroluq (170 milyon dollar) fond yaradır.
Banker.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Bloomberg” yazır.
Nəşrin qeyd etdiyi kimi, böhran şəraitində problemlərlə üzləşən texnoloji startaplar xarici şirkətlərin “qurbanı” ola bilər. Hökumət 2021-ci ilədək fondun həcmini 500 milyon avroya qədər artıra biləcəyini bildirib. Bu maliyyə aləti Fransanın 2020-ci ilin martında elan etdiyi texnologiya sənayesinə dəstək planının bir hissəsidir.
Xatırladq ki, mart ayında Fransanın rəqəmsal inkişaf naziri olan Sedrik O, startapların ölkədəki iş yerlərinin 16-20%-ni təmin etdiyini bildirmişdir. Onun sözlərinə görə, məhz bu səbəbdən yerli startaplara dəstək olmaq çox vacibdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları