Fransada sənayeçilər elektrik enerjisi və qaz qiymətlərinin artması səbəbindən xərclərin artmasından və hətta istehsalın dayandırılmasından qorxurlar.
Bu barədə “La Monde” qəzeti xəbər verib.
“2021-ci ildə energetika üzrə müşavirimiz 2022-ci il üçün hər MVt üçün 80 avro dəyərində müqavilə bağlama təklif edib, amma sonra qərara gəldim ki, bu, çox bahadır. İndi spot qiymətlər atom elektrik stansiyasından olan elektrik enerjisi üçün ənənəvi tarifdən (42 avro) 19 dəfə yüksəkdir”, – deyə anonimlik şərti ilə müəssisənin rəhbəri bildirib.