2025-ci ildə Fransada doğum səviyyəsi 1944-cü ildən bəri ən aşağı göstəriciyə düşüb.
Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) məlumatına görə, 2025-ci ildə ölkədə 654 min uşaq doğulub. Bu, 2024-cü illə müqayisədə 2,1 faiz, doğum səviyyəsinin ən yüksək olduğu 2010-cu illə müqayisədə isə 24 faiz azdır.
Hesabatda bildirilir ki, doğum əmsalı azalmağa davam edir: 2024-cü ildə hər qadına 1,61 uşaq düşdüyü halda, 2025-ci ildə bu göstərici 1,56-ya enib. Bu, Birinci Dünya müharibəsinin sonundan bəri qeydə alınan ən aşağı səviyyədir.
INSEE qeyd edir ki, 2025-ci ildə ölənlərin sayı yeni doğulanların sayını ötüb və 651 min nəfər təşkil edib. Bu, 2024-cü illə müqayisədə 1,5 faiz çoxdur. TASS agentliyi yazır ki, hesabat müəlliflərinin fikrincə, ölüm səviyyəsinin artması, xüsusən 2025-ci ilin əvvəlində müşahidə olunan qış qrip epidemiyası ilə əlaqədardır.
Bununla belə, respublikada əhalinin ümumi sayı artaraq 69,1 milyon nəfərə çatıb. 2024-cü ildə bu göstərici 68,6 milyon nəfər olub. Orta ömür uzunluğu qadınlar üçün 85,9 il, kişilər üçün isə 80,3 il təşkil edir.






