Fransada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri iyul ayında illik müqayisədə 2.7% artıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, qiymətlərin 2.5% artdığı iyun ayı ilə müqayisədə inflyasiya sürətlənib.
İyul ayı üzrə aylıq inflyasiya proqnozu 0.1%-dən 0.2%-ə dəyişdirilib. Beləliklə, onun tempi iyun ayı səviyyəsində qalıb.
Fransız standartları ilə hesablanan istehlak qiymətləri keçən ay illik müqayisədə 2.3%, aylıq isə 0.2% artıb. İyun ayında birinci göstərici 2.2%, ikinci göstərici 0.1% yüksəlib.
İyulda Fransada enerji qiymətlərində artım bir ay əvvəlki 4.8%-dən illik ifadədə 8.5%-ə qədər sürətlənib, ərzaq qiymətləri isə 0.8%-dən 0.5%-ə qədər yavaşlayıb. Xidmətlər 2.5% bahalaşıb.