23 C
Baku
Friday, April 26, 2024

Fransada inflyasiya 5.6%-ə düşüb

Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) ilkin hesablamalarına görə, mart ayında ölkədə inflyasiya illik müqayisədə 5.6%-ə qədər yavaşlayacaq. Fevralda bu göstərici 6.3% təşkil edib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Hesabatda qeyd edildiyi kimi, inflyasiyanın azalması ilk növbədə elektrik enerjisinin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Əgər fevralda enerjinin qiymətinin artım indeksi 14.1% təşkil edirdisə (2015-ci il üzrə), onda martda bu göstərici cəmi 4.9% olmalıdır.

Eyni zamanda, tütün məmulatlarının illik qiymət artımı fevralda 0.2%-dən martda 7.8%-ə qədər sürətlənəcək. Ərzaq inflyasiyası isə 14.8%-dən 15.8%-ə yüksələcək.

Yayımlanan məlumatlar “Insee”nin keçən ay verdiyi proqnozlara uyğundur. Ümumilikdə, iqtisadçılar Fransada inflyasiyanın iyun ayına kimi 5%-ə qədər azalacağını gözləyirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər