-1 C
Baku
Sunday, December 15, 2024

Fransada istehlak qiymətləri iyul ayında 6.1 faiz bahalaşıb

Fransada inflyasiya iyul ayında illik ifadədə 6.1 faiz təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 0.3 faiz çoxdur.

Bu barədə Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun saytında dərc olunan hesabatda deyilir.

“İlkin hesablamalara görə, iyul ayında istehlak qiymətləri illik ifadədə 6.1 faiz yüksəlib. Ötən ay isə inflyasiya 5.8 faiz təşkil edib”, – deyə hesabatda bildirilir. Qurumun məlumatına görə, inflyasiya əsasən yay aylarında xidmətlərin və ərzaq qiymətlərinin bahalaşma sürəti ilə əlaqədardır.

İyulun ortalarında Fransa Bankının prezidenti Fransua Vilrua de Qalo ölkədə inflyasiyanın 2023-cü ilin əvvəlinə qədər yüksək səviyyədə qalacağını, bundan sonra isə azalmağa başlayacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, Fransa Avrozonada Maltadan sonra inflyasiyanin ən aşağı olduğu ikinci ölkədir. Fransa Bankı və Avropa Mərkəzi Bankı 2024-cü ilə qədər inflyasiyanın 2 faizədək azaldılması üçün tədbirlər görəcək.

Fransanın Baş naziri Elizabet Born bir müddət öncə vətəndaşların qiymət artımından müdafiəsi məsələsini hökumət üçün prioritet adlandırıb. Nazirlər Kabineti əhaliyə dəstək və artan qiymətləri kompensasiya etmək üçün fransızların bank hesablarına birbaşa vəsaitlərin köçürülməsi, habelə aztəminatlı ailələrə ərzaq çeklərinin verilməsi imkanlarını nəzərdən keçirir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər