Fransada koronavirus təhlükəsi ilə bağlı 30 oktyabrdan etibarən ölkənin bütün ərazisində karantin elan edilib.
Bu barədə ölkə prezidenti Emmanuel Makron bəyan edib.
Onun sözlərinə görə, karantin müddəti dekabrın 1-dək davam edəcək.
Qeyd edək ki, Fransada ilk dəfə karantin mart ayında tətbiq edilib və təxminən iki ay davam edib.