25 C
Baku
Thursday, July 10, 2025

Fransada komendant saatı tətbiq ediləcək

Fransa hökuməti epidemiya vəziyyəti ilə əlaqədar dekabrın 15-dən komendant saatı tətbiq edir.

“TASS” xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks televiziyada xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, məhdudiyyət rejimi planlaşdırıldığı kimi 21:00-dan deyil, 20:00-dan tətbiq ediləcək.

“Biz komendant saatının daha ciddi rejimini tətbiq etməyi zəruri hesab edirik, saat 20:00-dan”, – deyə Kasteks bildirib. Çıxış edən DİN rəhbəri “Biz 20:00 – dan komendant saatı daha ciddi bir rejim tətbiq etməyi zəruri hesab edirik”, – Kasteks bildirib.

Çıxış edən DİN rəhbəri Jerald Darmanenin sözlərinə görə, komendant saatı saat 06:00-dək olacaq. Bununla yanaşı, ölkə üzrə gediş-gəlişə qoyulan məhdudiyyət dekabrın 15-dən aradan götürülür.

Yeni il gecəsi ölkədə komendant saatı ləğv olunmayacaq. Lakin o, dekabrın 24-ü axşamdan – Milad gecəsində tətbiq edilməyəcək.

Son xəbərlər
Digər xəbərlər