6 C
Baku
Saturday, December 14, 2024

Fransada komendant saatının vaxtı uzadıldı

Fransada yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan komendant saatı yanvar ayının 20-nə qədər uzadılıb.

Bunu Fransanın baş naziri Jan Kasteks bəyan edib.

Onun sözlərinə görə, 15 departamentdə yerli vaxtla axşam saat 20:00-dan səhər 06:00-a qədər küçəyə çıxmaq qadağandır.

Fransa hökumətinin başçısı bildirib ki, Fransadakı sanitar vəziyyət çətin olaraq qalır. Hər gün orta hesabla 15 mindən çox insanda koronavirus infeksiyası aşkarlanır. Xəstəxanalarda 25 mindən çox COVID-19 diaqnozu ilə pasiyent var ki, onların da 2,6 mindən çoxu reanimasiyadadır.

Bundan başqa muzeylər, teatrlar, kinoteatrlar daxil olmaqla mədəniyyət müəssisələri yanvarın sonuna qədər bağlı qalacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər