Fransada küçədə maska taxmaq tələbi ləğv edildi

Fransada iyunun 17-dən küçədə qoruyucu maska taxmaq tələbi ləğv ediləcək, qapalı yerlərdə maska taxmaq məhdudiyyəti isə tətbiq olunmağa davam edəcək. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyd edək ki, ölkənin Baş naziri Jan Kasteks iyunun 21-dən komendant saatının da ləğv ediləcəyini bildirib.

Pandemiya başlayandan Fransada 5.7 milyondan çox insan koronavirusa yoluxub, onlardan 110 mini dünyasını dəyişib.

“Ölkədəki sanitar vəziyyət getdikcə yaxşılaşır. Hazırda 23:00-dan 06:00-dək qüvvədə olan komendant saatı bazar ertəsi gecəsi ləğv ediləcək”, – deyə cənab Kasteks mətbuat konfransında söyləyib.

O, küçədə maska rejiminin ləğv edilməsi qaydalarına dəyişiklik ediləcəyini vurğulayıb. Baş nazir payızın əvvəlinə qədər ən azı 40 milyon insanın koronavirusa qarşı peyvənd olunmasını təmin etmək üçün vaksinasiya sürətini artırmağa çağırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.