17 C
Baku
Tuesday, May 21, 2024

Fransada magistr təhsili almaq istəyən gənclərin nəzərinə!

ARDNŞ Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 25.10.2013 tarixidir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

  • Geofizika mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  • Geologiya mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  • Rezervuar (lay) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  • Neft mühəndisliyi (istismar, qazma və sairə)
  • Neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi
  • Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
  • Elektrik/elektronika/energetika mühəndisliyi
  • Kompüter mühəndisliyi və İKT
  • Avtomatlaşdırılmış idarəetmə sistemləri (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
  • Ekologiya (çevrə mühəndisliyi)
  • İnşaat mühəndisliyi

ARDNŞ Fransanın TOTAL şirkəti ilə əməkdaşlıq çərçivəsində məhdud sayda gənci Fransa universitetlərinə yerləşdirə bilir. Bu yolla Təqaüd Proqramına qoşulmaq istəyən gənclər aşağıdakıları nəzərə almalıdır:

  • Müsabiqədə iştirak etmək istəyən gənclər digər sənədlərlə yanaşı, Azərbaycan ali məktəbinə qəbul balını və təhsil dövründəki qiymətlərini təsdiq edən sənədlər təqdim edilməlidir (elektron formatda).
  • Sənəd qəbulu, bir qayda olaraq, sentyabr-oktyabr aylarında həyata keçirilir. Konkret müddət yuxarıda bildirilib. Proqrama müraciət edən gənc müsabiqədən uğurla keçərsə, xaricdə təhsilinə növbəti tədris ilindən başlaya bilər.
  • Namizədlərin ilkin seçimi ARDNŞ tərəfindən, yekun seçimi isə TOTAL tərəfindən aparılır.
  • TOTAL seçim aparmaq üçün fevral-mart aylarında Bakıya xüsusi nümayəndələrini göndərir. Onlar namizədlərlə test imtahanı və müsahibələr keçirirlər (ingilis və ya fransız dilində). Bunların nəticələri qiymətləndirilir və yüksək nəticələr toplayan namizələr növbəti mərhələyə keçirlər.(Nəticələr qiymətləndirilir və yüksək nəticə göstərən namizələr növbəti mərhələyə keçirlər.)
  • Növbəti mərhələyə keçənlərin sənədləri TOTAL tərəfindən Fransanın müvafiq universitetlərinə təqdim olunur. Son seçimi universitetlər edir. Universitet seçimində namizədin fikri nəzərə alınmır.
  • Əgər namizədi bir neçə universitet qəbul edərsə, son seçimi namizəd edə bilər.
  • Xarici universitet tərəfindən qəbul olunmuş tələbə ilə ARDNŞ arasında müvafiq müqavilələr bağlandıqdan sonra o, Təqaüdçü hesab edilir.
  • Təqaüdçünün viza ilə bağlı məsələləri TOTAL tərəfindən həll edilir.

Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə aşağıdakı linkdə daha ətraflı məlumat ala bilərsiniz.

Xaricdə təhsil üçün ARDNŞ təqüdünü necə almaq olar?

Qeyd: Müsabiqədən uğurla keçən namizədlər ARDNŞ hesabına intensiv fransız dili kurslarında iştirak etmək hüququ əldə edəcəklər.

602069 744363148912807 1241650590 n

Son xəbərlər
 ⁠
Digər xəbərlər