Fransanın paytaxtı Parisdə minlərlə etirazçı küçələrə axışıb.
Etirazçılar iqtisadiyyatın pisləşməsi, səhiyyə sisteminin əlçatmaz olması və enerji qiymətlərinin artması əleyhinə şüarlar səsləndirib.
Böyük Britaniyanın Aİ-dən ayrılması zamanı tez-tez eşidilən “Brexit” sözü bu dəfə fransızlar tərəfindən “Frexit” kimi işlədilib. Nümayişçilər üzərində “Frexit” sözü yazılmış pankartlar açıblar. Onlar Aİ-nin Fransaya zərər vurduğunu bildirib və tez bir zamanda birlikdən çıxmağı tələb ediblər.
Küçələrə çıxan minlərlə fransız bütün mənfi hadisələrə görə prezident Makronu təqsirləndirib və onu istefaya səsləyiblər.