12 C
Baku
Wednesday, December 11, 2024

Fransada neft emalı zavodlarında işləyənlərin tətili davam edir

Fransa hökuməti neft emal zavodunun tətilçilərini işləməyə məcbur edərsə, bu, qarşıdurmaya gətirib çıxaracaq.

Oktyabrın 11-də hökumət sözçüsünün “dövlətin müdaxilə edəcəyi” ilə bağlı xəbərdarlıq etməsindən sonra CGT-Həmkarlar İttifaqı tətilçilərə qarşı tətbiq olana biləcək mümkün məcburiyyətin qarşıdurma ilə nəticələnəcəyinə dair xəbərdarlıq yayıb.

Bildirilib ki, Baş nazirin və aidiyyəti sahələr üzrə digər 4 nazirin iştirakı ilə keçirilmiş iclasda “rekvizisiya” sözü səsləndirilib.

CGT-Həmkarlar İttifaqının rəhbəri Total şirkətinə etibar etmədiklərini deyərək bildirib ki, 2022-ci ilin mart ayında danışıqlara başlamaqla bağlı müraciət olunsa da, cavab verilməyib. Buna görə də, Total şirkətindən danışıqlar və konkret təkliflər üçün dəqiq tarix gözləyirlər.

Həmkarlar İttifaqının rəhbəri qeyd edib ki, TotalEnergies və Esso-Exxon Mobil şirkətlərinin neft emalı zavodlarının tətilçiləri ilə aparılan danışıqlardan sonra heç nə dəyişməyib və tətil davam edir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər