2 C
Baku
Saturday, December 14, 2024

Fransada yeni koronavirus dalğası başlayıb

Fransada COVID-19 pandemiyasının yeni dalğası başlayıb.

Bu barədə Fransanın koronavirusa qarşı peyvənd proqramının rəhbəri, epidemiologiya professoru Alen Fişer bildirib.

O, Fransada COVID-19 pandemiyasının yenidən yayıldığını deyib.

A.Fişer ictimai nəqliyyatda tibbi maskaların məcburi istifadə edilməsinin bərpasının tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, Fransada koronavirusa yeni yoluxma halları bir ayda üç dəfə artıb.

 

 

Son xəbərlər
Digər xəbərlər