Fransanın ədliyyə naziri vergidən yayınıb

Fransanın ədliyyə naziri Erik Dyupon-Moretti vergi bəyannaməsində vəzifəyə başlamazdan əvvəl qonorar olaraq aldığı 300 min avroluq gəliri göstərməyib.

Bu barədə Frans Press Agentliyi məlumat yayıb.

Dyupon-Moretti 2020-ci ilin iyulundan bəri Ədliyyə Nazirliyinə rəhbərlik edir. Bundan əvvəl vəkil olub, filmlərdə çəkilib, kitablar yazıb və tamaşalarda çox xarakterli rollar oynayıb.

2019-cu ildə “Madlen” teatrında çıxışlarından və yazdığı kitablardan aldığı maddi vəsaiti gizlədib. Bu da, 180 min avro məbləğində vergidən yayınma ilə nəticələnib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.