Fransanın aparıcı investisiya bankı (həm də ölkənin 3-cü ən böyük bankı) “Societe Generale” 2 fərdi bankçılıq şəbəkəsini birləşdirərək, 2025-ci ilə qədər 600 filialını bağlamağı planlaşdırır.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Məlumata görə, bu plan çərçivəsində bankın filiallarının sayı 2 100-dən 1 500-ə düşəcək. Bununla maliyyə qurumu 2024-cü ilə qədər 350 milyon avrodan çox, 2025-ci ilə qədər isə 450 milyon avro vəsaitə qənaət etmək istəyir.